Ermənistan və Aİ arasında yeni strateji tərəfdaşlıq gündəliyi imzalanıb
Operativ Media
Ermənistan və Aİ Tərəfdaşlıq Şurasının 6-cı iclası çərçivəsində “Ermənistan–Aİ Tərəfdaşlığının Strateji Gündəliyi” adlı yeni sənəd imzalanıb.
Operativ Media xəbər verir ki, bu barədə məlumatı Ermənistan Xarici İşlər Nazirliyi yayıb.
İclasda çıxış edən Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib:
“Ermənistan–Aİ Tərəfdaşlığının yeni Strateji Gündəliyini qəbul etdik. Bu sənəd Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişini tamamlayır və tərəfdaşlıq gündəliyimizi strateji səviyyəyə qaldırır.
Ermənistan–Aİ tərəfdaşlığı ümumi baxışa və qarşılıqlı məsuliyyətə əsaslanan, vətəndaşlarımız üçün konkret nəticələr verməyə yönəlmiş daha iddialı bir mərhələyə daxil olur.”